Almaniya: Ukraynaya "endirim" olmayacaq!

3 İyun 2022 14:45

Ukraynaya AB üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik, lakin proses sürətli olmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Biz başa düşməliyik ki, bu, tarixi məqamdır. Bu, həm də o deməkdir ki, Şimali Makedoniya və Albaniya nəhayət üzvlük danışıqlarına başlaya bilər", - nazir bildirib.

Berbok qeyd edib ki, Kiyev üçün heç bir "endirim" (Ukraynanın AB-yə sürətli daxil olması - red.) ola bilməz:

"Amma Avropa İttifaqı olaraq onların üzünə qapını bağlamamaq kursu götürməliyik".

Milli.Az