Rusiya hərbi müdaxiləsindən sonra 5,3 milyon Ukrayna vətəndaşı Avropa Birliyi (AB) ölkələrinə qaçıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin sərhəd agentliyi "Fronteks" məlumat yayıb.
Bildirilib ki, AB ölkələrinə gələn köçkünlərin, o cümlədən qeyri-Ukrayna vətəndaşı olanların ümumi sayı isə 7 milyondur:
"Son həftələrdə isə Ukraynaya qayıdanların sayı tərk edənlərdən daha çox olub. 25-31 may tarixlər arasında AB ölkələrini 260 minə qədər ukraynalı tərk edib. Müharibə başlayandan bəri isə Ukraynaya 2,3 milyon insan qayıdıb".
Milli.Az