Sevdaya ikinci dəfə xəyanət edən aktyordan açıqlama

3 İyun 2022 16:45

Türkiyəli aktyor Yılmaz Kunt aktrisa sevgilisi Sevda Erginciyə ikinci dəfə xəyanət etməsiylə bağlı xəbərlərə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı model Pınar Tartanla dost olduğunu və Erginciyə xəyanət etmədiyini bildirib:

"Heç kimə xəyanət etməmişəm. Sevda ilə danışmışıq və razılığa gələrək ayrılmışıq. Pınarla görüntülənəndə yanımızda ortaq dostlarımız var idi. İkimiz də xəbərlərə görə pis olduq".

Qeyd edək ki, aktyor daha öncə də S.Erginciyə xəyanət etmişdi və aktrisa onu bağışlamışdı.

Milli.Az