Rusiyada idman kompleksində tədbirə hazırlıq az qala faciə ilə nəticələnəcəkdi. Belə ki, bədii gimnastika yarışı üçün bannerlərin quraşdırılması zamanı tikinti əmələsi aşıb. Xoşbəxtlikdən, fəhlə vaxtında tavandakı metal konstruksiyadan yapışa bilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Kadrlardan görünür ki, yaxınlıqda olan insanlar dərhal onun köməyinə gəlirlər.
Məlumata görə, kişi heç bir xəsarət almayıb.
Milli.Az