“Suda xəstəlik”: Azov dənizində balıq və delfinlərin kütləvi ölümü başladı - FOTO

3 İyun 2022 13:00

Azov dənizinin sularında balıq və delfinlərin kütləvi ölümü qeydə alınıb. Temperatur və mövsüm nəzərə alınsa, bu vəziyyət suda xəstəliyin əlaməti ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Azov dənizində balıqların kütləvi ölümü iyulda anomal istilər zamanı tez-tez baş verir, lakin iyunun əvvəli üçün bu vəziyyət xarakterik deyil. Bu baxımdan Andryuşşenko hesab edir ki, dənizdəki vəziyyət, temperatur da nəzərə alınaraq, suda xəstəlik olmasının göstəricisi ola bilər.

Milli.Az