Ukrayna iqtisadiyyatının müharibədəki ümumi itkiləri 600 milyard dollara çatıb

3 İyun 2022 08:22

Ukrayna Nazirlər Kabineti Rusiyanın başlatdığı müharibə nəticəsində ölkə iqtisadiyyatının ümumi itkilərini qiymətləndirib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında yer alan məlumatda deyilir.

"Hökumətin hesablamalarına görə, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının ümumi itkiləri artıq 600 milyard ABŞ dollarına çatıb", - məlumatda bildirilir.

Milli.Az