ABŞ Polşanı Rusiya ilə müharibəyə hazırlayır? - 100-dən çox hərbi obyekt tikiləcək

2 İyun 2022 22:53

Növbəti 10 il ərzində Polşa müxtəlif təyinatlı 100-dən çox hərbi obyekt tikəcək.

Bu barədə ABŞ-ın Polşadakı səfiri Marek Bjezinski məlumat verib.

Onun sözlərinə görə, bütün hərbi obyektlər hərbi hazırlığı ciddi şəkildə artırmaq üçün lazımdır.

Polşada 56 anbar, eləcə də inzibati binalar olacaq. 5 anbar Polşa tərəfinə, 51 anbar isə Amerika tərəfinə veriləcək.

Milli.Az