Rusiyada ölüm hökmü qaytarılacaqmı?

2 İyun 2022 19:00

Rusiyada ölüm hökmünə moratoriumun ləğvi məsələsi gündəmdə deyil, bu mövzu müzakirə olunmur.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, müvafiq sualı cavablandırarkən deyib: "Bu məsələdə Kremlin mövqeyi heç bir şəkildə dəyişməyib. Sadəcə olaraq, bu məsələ hazırda Kremlin gündəmində deyil. Biz bu məsələni müzakirə etmirik".

Aslan Məmmədov
Milli.Az