Merkel sükutu pozdu - O, Ukraynanın yanındadır

2 İyun 2022 18:22

Almaniyanın sabiq kansleri Angela Merkel uzun sürən susqunluğun ardından Rusiya-Ukrayna müharibəsindən danışıb. O, bu müharibədə Ukrayna ilə həmrəy olduğunu bildirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Merkel kənardan məsləhət verməyəcəyini, amma Almaniya hökumətinin bu vəhşi müharibəyə son qoymaq səylərini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Merkel Rusiya qazını birbaşa Almaniyaya çatdırmağı hədəfləyən "Şimal axını-2" qaz kəməri layihəsini dəstəklədiyinə görə ABŞ və digərlərinin tənqidinə tuş gəlmişdi.

Milli.Az