Sumıya raket zərbəsi endirilib: yaralılar var

2 İyun 2022 13:45

İyunun 2-nə keçən gecə ruslar Sumı vilayətinin Krasnopol icmasının ərazisinə təyyarədən üç raket zərbəsi endirib, nəticədə azı 3 nəfər yaralanıb, evlər dağılıb.

Milli.Az bildirir ki, bu haqda Sumi Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Telegram-da, Dövlət Sərhəd Xidməti Facebook-da məlumat yerləşdirib.

"Təxminən gecə yarısı hava hücumu zamanı Rusiya düşmən təyyarəsi Sumı vilayətinin (Krasnopol icması) ərazisinə 3 raket zərbəsi endirdi.

Raket düşən bir ev tamamən dağıldı. Daha bir neçə evə ziyan dəyib, təsərrüfatlarda böyük dağıntılar var. İlkin məlumat: ən azı üç nəfər yaralanıb", - Jivitski yazıb.

Administrasiya rəhbərinin sözlərinə görə, yaralananların hamısı Krasnopolyedən olan mülki şəxslərdir. Onlar xəstəxanaya yerləşdirilib.

Xilasedicilər hadisə yerindədir.

Dövlət Sərhəd Xidməti Rusiya ərazisindən raket atıldığını bildirib.

Aslan Məmmədov
Milli.Az