Rusiyalı aktyor və teleaparıcı Yevgeni Stıçkin altıncı dəfə ata olub.
Milli.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədəki səhifəsində bildirib.
42 yaşlı aktrisa Olqa Sutulova 47 yaşlı aktyorun altıncı övladını dünyaya gətirib.
Cütlüyün 2020-ci ildə anadan olan Mixail adlı oğlu da var.
Stıçkinin digər övladları - qızı aktrisa Yuliya Jemçuqovadan, iki oğlu, bir qızı isə Yekaterina Skanavidən dünyaya gəlib.
Milli.Az