Aygün Kazımova Naxçıvanda səhnədə çətin anlar yaşadı - VİDEO

2 İyun 2022 11:37

Xalq artisti Aygün Kazımova Naxçıvanda konsert verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, izdihamla keçən konsertdə müğənni bir-birinin ardınca sevilən mahnılarını səsləndirib.

Kazımova eyni zamanda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Cücələrim" mahnısını səsləndirib. Balacalarla birlikdə rəqs edən ifaçı onları təbrik edib. 

Küləkli hava səhnədə A.Kazımovaya çətin anlar yaşadıb. Səhnədə yıxılma təhlükəsi ilə üz-üzə qalan sənətçi həmin görüntüləri izləyiciləri üçün yayımlayıb. "Səhnədə ekstremal anların öz ləzzəti var" deyə, ifaçı yaşadığı çətinliyi şərh edib.

Milli.Az