Ağalı kənd orta məktəbinə direktor təyin olunub

2 İyun 2022 21:31

Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Ağalı kənd sakini Nərmin Həsənova təyin edilib.

O, bundan əvvəl Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

Xəbəri Təhsil Nazirliyindən APA-ya təsdiqləyiblər.

Milli.Az