Türkiyəli aktrisa qəzaya düşdü

2 İyun 2022 09:45

Sonuncu dəfə "Elbet bir gün" serialında rol alan türkiyəli aktrisa Sinem Ünsal avtomobil qəzasına düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə aktrisanın İzmirdən İstanbula qayıtdığı zaman baş verib. Belə ki, Sinəmin sürücüsü idarəetməni itirib və avtomobil maneələrə çırpılıb.

Xəstəxanaya aparılan aktrisanın hazırda vəziyyətinin yaxşı olduğu öyrənilib.

Qeyd edək ki, Sinəm "Gizli saklı" adlı yeni serialda baş rolu canlandıracaq. Ekran işi iyunun 8-də izləyicilərə təqdim olunacaq.

Milli.Az