Zeytun ağaclarını suvarmaq üçün qazılan quyudan neft çıxdı - VİDEO

2 İyun 2022 15:07

Türkiyənin Manisa şəhərində zeytun ağaclarını suvarmaq üçün qazılan quyudan neft çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Salihli rayonunda Mustafa Yüksələ aid zeytun bağında 204 metrlik quyudan yanar qara maddə çıxdıqdan sonra araşdırma aparılıb.

Məlum olub ki, mayenin 94 faizi su, 6 faizi keyfiyyətli neftdir.

Ekspertlərin sözlərinə görə, daha dərin qazılarsa, daha çox neftin üzə çıxması mümkündür.

Milli.Az