İranda bina uçqunu: ölənlərin sayı 37-yə çatdı

2 İyun 2022 08:07

İranın Abadan şəhərində onmərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dağıntılar altında 40-ya yaxın adamın qaldığı ehtimal edilir.

Milli.Az