İran XİN: "Avropanın 3 ölkəsi və ABŞ..."

1 İyun 2022 23:33

"Avropanın 3 ölkəsi və ABŞ məsələnin diplomatik yolla həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Hərtərəfli Birgə Fəaliyyət Planına münasibət bildirərkən deyib.

S. Xətibzadə bildirib ki, özlərini qəsdən yuxuya vurmuş Avropanın 3 ölkəsi və ABŞ-ın artıq yuxudan ayılmaq vaxtı çatıb. "Onlar diplomatik yolla məsələnin həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq."

Milli.Az