Luqanskda Rusiya və Ukrayna SQ arasında döyüşlər gedir

1 İyun 2022 22:51

Luqansk vilayətinin Severodonetsk şəhərində Ukrayna silahlı qüvvələri ilə Rusiya ordusu arasında döyüşlər davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

"Severodonetsk yaşayış məntəqəsi istiqamətində Rusiya ordusu müəyyən irəliləyişə nail olub, şəhərin şərq hissəsini ələ keçirib" - deyə məlumatda bildirilir.

Donbas regionunun digər ərazilərində aktiv döyüşlər qeydə alınmayıb.

Milli.Az