Türkiyədə koronavirus statistikası həftəlik açıqlanacaq

1 İyun 2022 22:15

Türkiyədə "Covid-19" ilə bağlı statistika artıq günlük deyil, həftəlik olaraq açıqlanacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, məlumatlar yeni covid19.saglik.gov.tr ​​saytında yayınlanacaq.

Milli.Az