Rusiyada “Qəhrəman Ana” fəxri adı bərpa olunur

1 İyun 2022 20:30

Rusiyada "Qəhrəman Ana" fəxri adı bərpa olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Rusiyada "Qəhrəman Ana" fəxri adının bərpasının zəruriliyini bəyan edib.

Rusiya Prezidentinin sözlərinə görə, bu adı alan qadınlara ödəniş 1 milyon rubl olacaq.

"Çoxuşaqlı ailələrə medal üçün birdəfəlik ödəniş 200 min rubl, "Valideyn Şöhrəti" ordeninə görə 500 min rubl, "Qəhrəman Ana" fəxri adına görə ödəniş 1 milyon rubl olacaq", - Rusiya Prezidenti vurğulayıb.

Milli.Az