Putin 5 generalı qovdu

1 İyun 2022 15:37

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin beş generalı və bir polis polkovnikini vəzifəsindən azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Putin bu barədə bu gün sərəncam imzalayıb.

Putin DİN-nin Vladimir vilayəti üzrə idarəsinin rəisi, polis general-mayoru Vasili Kukuşkini, Altay Ərazisi üzrə Baş İdarəsinin rəis müavini general-mayor Aleksandr Laası, Yaroslavl vilayəti üzrə idarəsinin rəisi, general-mayor Andrey Lipilini, Nazirliyin Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenkonu, maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini və ekspert-kriminalistika Mərkəzinin rəisinin birinci müavini, polis polkovniki Emil Musini vəzifəsindən azad edib.

Milli.Az