Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası tibbi xidmətlər zərfinə daxil ediləcək

1 İyun 2022 20:00

Bu il orqan transplantasiyasının tibbi xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Nigar Hüseynova deyib. Onun sözlərinə görə, bura qaraciyər, böyrək və sümük iliyinin transplantasiyası əməliyyatları daxildir:

"Bu il tibbi xidmətlər zərfini genişləndirmək üzərində işləyirik. Yeni xidmətlər zərfində koxlear implantasiya və endoprotezlərin limitinin artırlıması, eyni zamanda, koxlear implantasiya üçün yaş həddinin uzadılması gözlənilir".

Milli.Az