Moskvadan vacib açıqlama: sabah Azərbaycan və Ermənistan…

2 İyun 2022 21:19

Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşıb.

Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı isə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk təmsil edir.

Milli.Az