Yüksək vəzifəli şəxs işdən çıxdı

1 İyun 2022 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, sədr Samir Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

S.Qurbanov saytımıza açıqlamasında artıq agentlikdə çalışmadığını təsdiqləyib.

Qeyd edək ki, onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, S.Qurbanov 2020-cı ilin aprelindən bu vəzifəni icra edirdi.

Milli.Az