Cozef Bayden: "ABŞ Rusiya ilə müharibə etmək istəmir"

1 İyun 2022 10:30

"Biz Rusiya ilə NATO arasında müharibə axtarmırıq..."

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentin Cozef Bayden "The New York Times"a yazdığı məqaləsində bildirib.

O vurğulayıb ki, ABŞ Rusiya ilə müharibəni arzulamır. ABŞ Prezidentinin sözlərinə görə, NATO qüvvələrinə hücum olmayanadək Vaşinqton Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyəcək.

Cozef Bayden məqaləsində bildirib ki, münaqişədə ABŞ-ın başlıca hədəfi Ukraynanın demokratik dövlət və özünü istənilən hücumlardan müdafiə etmək qabiliyyətinə malik olmasıdır:

"ABŞ başqa olmaqla azad dünya və başqa ölkələr hərbi, humanitar və maliyyə yardımı etməklə Ukraynanın tərəfindədir".

Milli.Az