Hamı Ukraynaya qarşıdır, İtaliyadan başqa - Draqi

1 İyun 2022 17:30

İtaliyadan başqa Avropa Birliyinin bütün əsas ölkələri Ukraynaya üzvlüyə namizəd statusunun verilməsinin əleyhinədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi deyib.

Onun sözlərinə görə, hazırda bu səbəbdən Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı qərar gözlənilmir.

"Bununla belə, Ukraynanın AB-yə doğru sürətli irəliləməsini istisna etmək olmaz", - Draqi əlavə edib.

Milli.Az