Ankarada 20 sərnişinin xəsarət aldığı ağır qəzanın görüntüləri - ANBAAN VİDEO

1 İyun 2022 14:22

Türkiyənin paytaxtı Ankarada sərnişinlə dolu avtobus yolayrıcında minik avtomobili ilə toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ağır yol qəzası ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Hadisə nəticəsində 20 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az