Pedaqoji Universitetin tələbəsi dünyasını dəyişdi - FOTO

31 May 2022 21:39

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ADPU-nun sosial şəbəkə hesabında bildirilib.

Filologiya fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının III kurs, İND1908B saylı qrup tələbəsi Dünyamalıyeva Fatimə ağır xəstəlikdən dünyasını dəyişib.

"ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum tələbəmizin yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah Rəhmət Eləsin!",- deyə bildirilib.

Milli.Az