Rus neftindən imtina edilir: bəs, rus qazı?

31 May 2022 20:15

Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiyalar paketində qaz embarqosunu müzakirə etməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer deyib.

"Rusiya neftini kompensasiya etmək qazdan daha asandır. Ona görə növbəti sanksiyalar paketində qaz embarqosu məsələsi müzakirə olunmayacaq", - kansler bildirib.

Qeyd edək ki, AB ölkələri Rusiyaya 6-cı sanksiya paketi çərçivəsində ilin sonuna qədər rus neftinin 90%-dən imtina etmək qərarı veriblər.

Milli.Az