Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

31 May 2022 14:20

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.

Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Milli.Az