Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrasını qəbul etdi

31 May 2022 12:39

Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrası qəbul edilib.

Milli.Az xəbər verir ki, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Milli.Az