Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq - VİDEO

31 May 2022 18:07

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bu layihənin məqsədi sığorta olunanlar üçün əlçatanlığı təmin etməkdir. 

Bu fikirləri "Xəbər Ertəsi"nə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib. 

Milli.Az