Litva Ukraynaya "Bayraktar" pilotsuz uçuş aparatı alacaq.
Milli.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Vilyus Semeşka bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gedir.
Semeşkanın sözlərinə görə, Litva Müdafiə Nazirliyi yay ərzində "Bayraktar"ın alınaraq Ukraynaya veriləcəyini düşünür.
Xatırladaq ki, bir neçə gün əvvəl Litvada yerli media nümayəndələrindən biri Ukraynaya "Bayraktar" almaqla bağlı çağırış edib. Bunun ardınca ölkədə kampaniya başladılıb və 5 milyon avrodan çox vəsait toplanıb.
Milli.Az