ABŞ Pakistanı hədələdi

8 May 2010 13:02
Milli.Az xəbər portalının məlumatına görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton CBS telekanalına müsahibəsində çıxış edib. "Biz onların nəzərinə çatdırmışıq ki, əgər Allah eləməsin, ABŞ ərazisində hər hansı "uğurlu" terror aktının Pakistanda hazırlandığı sübut olunsa, tərəfimizdən sərt inzibati tədbirlər görüləcək", - deyə Klinton qeyd edib.

Dövlət katibi ölkəsinin ekstremizmlə mübarizədə Pakistana ciddi dəstək verdiyini və yardım göstərdiyini söyləyib.

Milli.Az