Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK növbəti dəfə "Fox" telekanalını cərimələyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb əsas xəbər buraxılışı zamanı əsəbiləşən aparıcı Selçuk Tepelinin masanın üzərindəki stəkana vuraraq kamareya tərəf fırlatması olub.
Fermerlərin əkin sahələri ilə yaşadıqları problemlərini işıqlandırarkən aparıcı əsəblərini cilovlaya bilməyib və növbəti xəbərə keçməyi tələb edib. Qurum aparıcının bu hərəkətini dəyərləndirərək kanalı "səhlənkarlıq" maddəsi ilə cərimələyib.
Milli.Az