"2 ay zamana ehtiyacım var" - Ağadadaş Ağayev

31 May 2022 15:15

"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir gedirik müayinəyə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib. 

Ağayev əlavə edib ki, hələ səhnəyə qayıtmağı düşünmür:

"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.

Milli.Az