Aybəniz Haşımovanın 30 illik arzusu reallaşacaq

31 May 2022 12:07

Əməkdar artist Aybəniz Haşımova Şuşada əsgərlər üçün aş bişirəcək.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb.

O bildirib ki, bunu 30 il əvvəl  arzulayıb:

"Otuz il bundan əvvəl arzulamışdım ki, Şuşa azad olunsun, Cıdır düzündə əsgərlərimiz üçün aş dəmləyəcəm. O gün gəldi, çatdı. İyunun 6-da Şuşaya gedirəm".  

Milli.Az