Putinin müşaviri istefa verdi

31 May 2022 07:56

Rusiya Prezidenti Vladimir Putinin müşaviri Valentin Yumaşev aprel ayında vəzifəsini öz istəyi ilə tərk edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yeltsin Mərkəzinin icraçı direktoru Lyudmila Telen deyib.

"Yumaşev apreldən bəri prezidentin müşaviri deyil. O, ictimai əsaslarla prezidentin müşaviri vəzifəsində idi", - deyə Telen bildirib.

Qeyd edək ki, Yumaşev Rusiyanın eks-prezidenti Boris Yeltsinin də müşaviri olub.

Milli.Az