Rus ordusunun müharibədən yayınmağa çalışan hərbçilərinin sayı artıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.
"Rusiya işğalçıları Ukrayna ərazisində itkilər verməkdə davam edir ki, bu da mənəvi-psixoloji durumun daha da aşağı düşməsinə səbəb olur. Hansı yolla olursa-olsun, hərbi əməliyyatlardan qaçmağa çalışırlar", - məlumatda vurğulanıb.
Milli.Az