Bu ölkənin parlamenti növbəti dəfə prezidenti seçə bilməyib

30 May 2022 23:49

Albaniya Xalq Məclisi üçüncü cəhddə də ölkə prezidentini seçə bilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırki prezidenti İlir Metanın səlahiyyət müddəti iyunun 24-də başa çatır. Dövlət başçısı postuna seçilməli olan şəxs 140 deputatdan 84-nün etimadını qazanmalıdır. Lakin namizədlər səsvermə zamanı ən yaxşı halda 74 səs ala bilib.

Milli.Az