Ermənistanda növbəti mitinqin vaxtı məlum olub

30 May 2022 23:19

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda mitinq keçirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Ermənistan" fraksiyasından olan deputat İşxan Saqatelyan məlumat verib.

Saqatelyuanın sözlərinə görə, aksiya iyunun 1-də saat 19.00-da paytaxtın Fransa meydanında başlayacaq.

Milli.Az