Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu

30 May 2022 22:29

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb.

Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

Milli.Az