"Netflix" video servisi Rusiya ərazisində xidmətini dayandırdığını təsdiq edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.
"Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib.
Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.
Milli.Az