Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

30 May 2022 13:37

Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov" markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Milli.Az