Bakıda 20 ton un aparan TIR yandı

30 May 2022 10:00

Bakı şəhərinin Qaradağ rayonunda "Renault" markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az