Lavrov: "Ukraynada xüsusi hərbi əməliyyat..."

30 May 2022 07:29

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat plana uyğun gedir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Fransanın "TF1" telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Rusiya Ukraynadakı keçmiş və indiki prezidentlər tərəfindən birbaşa ayrı-seçkiliyə və təcavüzə məruz qalan insanları, rus dilini, Ukraynanı nasistləşmədən qoruyur. Əməliyyatın özünə gəlincə isə o, plana uyğun gedir", - deyə Lavrov bildirib.

O, həmçinin əlavə edib ki, Qərb heç vaxt Rusiyanın Ukraynanı beynəlxalq öhdəliklərini yerinə yetirmək çağırışlarına qulaq asmayıb.

Milli.Az