Rusiyadan Putin-Ərdoğan danışığı ilə bağlı AÇIQLAMA

29 May 2022 19:54

"Prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bazar ertəsi, mayın 30-da danışmağı planlaşdırır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Bəli, danışıqların aparılması planda var", - deyə Peskov bildirib. 

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə danışacağının anonsunu vermişdi.

Milli.Az