Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu - Səlçuk Bayraktar

29 May 2022 16:41

Azərbaycan xalqının "TEKNOFEST"ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu.

Bunu Trend-ə açıqlamasında Türkiyənin "Baykar Makina" şirkətinin texniki direktoru Səlçuk Bayraktar.

O qeyd edib ki, "Bir millət, iki dövlət, tək festival" şüarı burada bir daha sübut edildi.

"Texnologiya yarışlarında iştirak edən gənclərimiz öz hünərlərini sərgilədilər və mükafatları Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən təqdim edildi. Həmin gənclər inanıram ki, gələcəkdə çox böyük əsərlərə imza atacaqlar. Yenidən bu formatda festivalların keçirilməsi niyyətindəyik. Doğrudan da Azərbaycan xalqı, uşaqlar elmə, texnologiyaya çox böyük maraq göstərdilər. Hətta deyərdim ki, Azərbaycan xalqının "TEKNOFEST"ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu" - deyə S.Bayraktar bildirib.

Milli.Az