Azərbaycan gimnastı İtaliyada keçirilən Dünya Kubokunda gümüş medal qazanıb - FOTO

29 May 2022 16:39

Mayın 27-si və 28-də İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a bildirilib ki, yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala layiq görülüb.

Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə 6-cı pillədə qərarlaşıb.

Milli.Az