Ərdoğan: Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm

29 May 2022 16:03

Prezident İlham Əliyevə və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Prezidenti İlham Əliyev və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm. "TEKNOFEST Azərbaycan"ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan dövləti, nazirliklərimiz, şirkətlərimiz, rəsmi qurumlarımız və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm", - deyə Türkiyə Prezidenti bildirib.

Milli.Az